Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər -Aleksey Reznikov

  • By admin
  • 03 Dekabr 2021 13:14

“Kəşfiyyat xidmətimiz bütün ssenariləri, o cümlədən ən pis variantı təhlil edir”.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna sərhədində genişmiqyaslı hərbi gərginliyin yanvarın sonunda artacağı ehtimal olunur:

“Bizim vəzifəmiz isə eskalasiyanın qarşısını almaqdır. Tərəfdaşlarımızla birlikdə nə qədər yaxşı işləsək, eskalasiya təhlükəsi bir o qədər az olacaq. Biz proseslərin diplomatik həllində maraqlıyıq. Odur ki, tərəfimizdən hansısa təxribat ola bilməz”.

Gununsesi.info