YAP-a məcburi qəbul dayandırılıb -BOŞANMIŞ QADINLARA İSƏ VƏZİFƏ TUTMAQ YASAQLANDI/ÖZƏL

  • By admin
  • 24 Oktyabr 2022 10:28

Azərbaycanın hakim Yenı Azərbaycan Partiyasına vətəndaşların məcburi şəkildə üzv qəbul olunması dayandırılıb. 

Bu barədə Gununsesi.info-ya YAP İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvlərindən biri deyib.

YAP rəsmisinin sözlərinə görə, bu barədə göstəriş partiyanın rəhbərliyi tərəfindən rayon-şəhər təşkilatlarına verilib.

Təlimata görə, partiyaya üzvlük üçün  müraciətlər isə fərdi qaydada araşdırdıqdan sonra qərar verilir.

Ancaq hakim partiya fəalları arasında narahatlıq doğuran bir məqam da yaranıb.

Belə ki, ailəsindən boşanmış xanımların partiya strukturlarında hər hansı bir vəzifə tutmasına qadağa qoyulub.

Bir neçə rayon-şəhər təşkilatında ali təhsili olan və siyasi təcrübəsi olan xanımlar ailəsindən boşandığı üçün YAP Mərkəzi Aparatı onların işlə təmin olunmasına razılıq verməyib .

Günay Təhməzova

GUNUNSESİ.İNFO