YAP-çı deputat AKP-nin məğlubiyyətini belə dəyərləndirdi - AZƏRBAYCANLI DEPUTAT

  • By admin
  • 01 Aprel 2024 15:25

“Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qüvvənin qalib olmasından asılı olmayaraq, əsas odur ki, bu seçkilər sabitlik, demokratik şəraitdə baş tutdu. Türkiyə cəmiyyəti sərbəst şəkildə özlərinin bələdiyyələrini formalaşdırdı”. 

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov Türkiyədə keçirlən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən deyib.

İlham Məmmədovun sözlərinə görə, qardaş ölkədə keçirilən seçki bir sıra Avropa dövlətləri üçün də nümunə olub: “Son zamanlar bəzi hesabatlarda Türkiyəyə qarşı da Azərbaycan kimi qarayaxma kampaniyası aparılırdı. Həmin xarici təşkilat da şahidi oldu ki, demokratik seçki necə olur. Prezident Ərdoğanın da çıxışına diqqət etsəniz, görərsiniz ki, o da bu seçkinin necə demokratik bir şəraitdə baş tutduğnu dedi. Həqiqətən də burada qazanan 85 milyonluq türk xalqı oldu. AKP lideri Ərdoğan da bildirdi ki, qarşıdakı müddət ərzində uğursuzluqlarını analiz edəcəklər və yeni dövrə fərqli formada çıxacaqlar”. 

Qeyd edək ki, bələdiyyə seçkilərində CHP ölkə birincisi olaraq, əksər bölgələrdə səsvermənin nəticələrini qazanıb.

Elmar Elnuroğlu

Gununsesi.info