YAP-çı deputat da Ramiz Mehdiyevi qınadı - MƏLAHƏT İBRAHİMQIZI TOY QALMAQALINDAN DANIŞDI

  • By admin
  • 22 Avqust 2020 16:40

“Hər kəs qanun qarşısında cavabdehdir, məsuliyyətlidir, bərabərdir. Vəzifəsindən və kimliyindən asılı olmayaraq hamı qanunun aliliyini dərk etməli və ona baş əyməlidir”.

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin sərt karantin rejimində nəvəsinə toy etməsi faktına münasibət bildirərkən deyib.

O xatırladıb ki, iki gündür sosial şəbəkələrdə və mətbuatda vaxtilə mötəbər vəzifələrdə təmsil olunan Elmlər Akademiyasının rəhbərinin kürəkəni keçmiş deputat İlham Əliyevin ölkədə karantin rejimi tətbiq olunduğu bir vaxtda qızına toy etməsi çox qızğın müzakirə olunur və haqlı narazılığına səbəb olmuş ictimaiyyət tərəfindən kəskin tənqid olunur :

“Dünya pandemiya ilə mübarizə aparır. Çox ciddi qaydalar tətbiq edilir. Ölkəmizdə də hər bir vətəndaşın həyatının və sağlamlığının qorunması naminə respublikamızın Prezidenti möhtərəm cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin bütün imkanları ilə mükəmməl səviyyədə mübarizə aparılır. Operativ Qərargah tərəfindən hazırlanmış beynəlxalq standartlara uyğun qayda və təlimatlar tətbiq edilir. Yəni bugün hər kəs bu qayda və təlimatlarla həyatını və fəaliyyətini tənzimləyir. Bu qaydaların pozulması isə qanunvericiliklə çox ciddi tənzimlənir. Qanunvericiliyə görə qaydaların pozulması hallarında vəzifəli insanların məsuliyyəti ikiqatdır. Xüsusilə də millət vəkilləri daha çox məsuliyyət daşıyır. Biz millət vəkilləri əgər Qanunverici hakimiyyəti təmsil ediriksə, öz məsuliyyətimizi də dərk etməliyik.

Qeyd etdiyim kimi Ölkəmizdə Prezidentimizin rəhbərliyi ilə koronavirusa qarşı çox ciddi və yüksək səviyyədə mübarizə aparıldığı bir zamanda vəzifəli adamların Operativ Qərargahın qaydalarını heçə sayılaraq, qanunların pozulması isə qətiyyən yolverilməzdir. Bugünlərdə qeyd etdiyim məlum toyun keçirilməsi Operativ Qərargahın bütün qaydalarlna zidd olmaqla pozulması və bu qaydaları rədd etmək anlamına gəlir. Xüsusiləşdirilmiş karantin dövründə bu cürə xeyir işin və ya məclisin keçirilməsi heç cürə anlaşılan deyil. Bu xeyir işdə isə millət vəkilinin iştirakı isə bütövlükdə qanuna hörmətsizlik olmaqla, cəmiyyətə də qanunun aliliyinin mənasız olması mesajını verməkdir. Həmkarımız Siyavuş Novruzovun karantin rejimində bu toyda iştirakını heç cürə anlamaq olmur. Hesab edirəm ki, istər toyu təşkil edənlərə istərsə də bu toyda iştirak edən vəzifəli şəxslərə adekvat cəza tətbiq ediləcəkdir.

Qeyd etmək istərdim ki, bu insanların qanunvericiliyə uyğun olaraq cəzalandırılması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir

Toyda iştirak edən və yüksək pafosla çıxış edən Abel Məhərrəmovun fikirləri isə ziyalı adına yaraşmaz bir tərzdir. Onun xalq adına danışması və ölkəmizdə Ulu Öndərimizin , eləcə də Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurların başqasının ünvanına bağlanması isə ancaq acı təəssüf hiss yaradır”.

 

Gununsesi.info