

“Bəzən hökumət qurumları belə bir fikir səsələndirir ki, iş yerləri var, amma işləmək istəyən yoxdur. Təklif olunan həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ona görə də aidiyyatı dövlət qurumlarının iş yerlərinin olması və işləmək istəmirlər barədə deyilən fikirlrə həqiqətə uyğun deyil: “Demək ki, iş yeri var, amma işləmək istəmirlər ifadəsi düz deyil. Axı bu maaşa dolanmaq olmaz. Oan görə də hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxsınlar”.
Millət vəkili təklif edib ki. əmək və əhalinin sosial müdafiəsi naziriylyi bu məsələ ilə bağlı müəyəyn təklif hazırlayıb, iş yerləri və oradakı maaşla bağlı hökumətə təklif verə bilər.
Mürtəza
Gununsesi.info