YAP-çı deputat növbədənkənar seçkilərin keçiriləcəyini təkzib etdi

  • By admin
  • 10 Oktyabr 2016 12:46
elman-nesirov-2016
Son günlərdə bir sıra mətbuat orqanlarında yaxın zamanlarda  Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yer almaqdadır. Bu,artıq ciddi ümzakirə predmetinə çevrilib. Məsələyə aydınlıq gətirmək məqsədi ilə  YAP Siyasi Şurasının üzvü və hakim partiyadan olan millət vəkili Elman Nəsirova müraciət etdik.
Növbədənkənar parlament seçkiləri ilə bağlı mövqeyini Gununsesi.info-ya açıqlayan Elman Nəsirov bildirib ki, bütün bunlar siyasi spekulyasiyadan başqa bir şey deyil. “Çünki 2015-ci ilin noyabrında Azərbaycanda parlament sekiləri keçirilib və beynəlxalq təşkilatlar da  öz hesabatlarında bu seçkilərin  demokratik, şəffaf keçdiyni qeyd ediblər. Ona görə də, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Və növbəti parlament seçkisi qanunvericiliyə uyğun olaraq 2020-ci ildə keçiriləcək”- deyə, millət vəkilivurğulayıb.
E.Nəsirov onu da əlavə edib ki, belə fikirlərin cəmiyyətə atılmasında müəyyən qüvvələr maraqlıdır: “Bu qayda ilə onlar cəmiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. Necə deyərlər bunlar xülyadan başqa bir şey deyil. Bu fikirlər həmçinin həqiqətin təhrif olunmasına xidmət edir”.
Mürtəza
Gununsesi.info