YAP-çı deputat: “Patrick Hickedən “Şərəf” ordenin geri alınması tələbi düzgün yanaşma deyil”

  • By admin
  • 18 Avqust 2016 11:41
elman
Braziliyada keçirilən “Rio-2016″ Olimpiya Oyunları zamanı dələduzluqla məşğul olduğu üçün həbs edilən Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickeyə Bakıda Birinci Avropa Oyunları zamanı göstərdiyi fəaliyyətə görə  verilən “Şərəf” ordenin geri alınması tələbi düzgün yanaşma deyil”. 
Bunu Gununsesi.info-ya açıqlamasında YAP-çı millət vəkili Elman Məmmədov  bununla bağlı sosial şəbəkələrdə gedən müzakirələrə və səslənən tələblərə münasibətini bildirərkən deyib.
O, deyib ki,   “Şərəf” ordeni Patrick Hickeyə Azərbaycanda göstərdiyi fəaliyyətə  görə verilib: “Hicke Birinci Avropa Oyunları zamanı oynadğı aktiv rola və fəaliyyətə görə, dövlət başçısı tərəfindən mükafatlandırılaraq  “Şərəf” ordeni ilə təltif edilib. Onun sonradan gedib hansı qanunsuz əməl törədib və buna görə məsuliyyətə cəlb edilibsə,  bunun Azərbaycandakı fəaliyyətinə heç bir aidiyyatı yoxdur.
Əgər Azərbaycanla bağlı fəaliyyətində hansısa qanunsuzluqlar ortaya çıxsaydı, o zaman bəlkə də, bu barədə nəsə fikir söyləmək olardı. İndi bu şəxsin Brazilyadakı Olimpiya Oyunları zamanı dələduzluq etməsinin Azərbaycandakı fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur. Ona görə də ona verilən hansısa təltifin geri alınması düzgün deyil.  Onun fəaliyyəti aidiyyatı orqanlar tərəfindən araşdırılaraq hüquqi qiymət veriləcək”.
Mürtəza 
Gununsesi.info