YAP-çı deputat intihara əl atan seçicisini ziyarət edib

  • By admin
  • 27 Oktyabr 2021 21:46

Milli Məclisin deputatı Musa Urud Gəncədə intihara əl at atan şəhid anası Vüsalə Məmmədovaya xəstəxanada baş çəkib.

Gununsesi.info xəbər verir ki, şəhid anasına gül dəstəsi verən deputat sosial şəbəkə hesabında həmin fotonu da paylaşıb.

“Şəhid anası Vüsalə xanım yaxşıdır. Narahatçılığa əsas yoxdur”  deyən deputat ancaq olay haqda heç nə yazmayıb.

Xatırladaq ki, sosial mediada və bir sıra KİV-də şəhid anasının icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmədiyi üçün intihara əl atdığı deyiləs də Gəncə Şəhər İcra Hakimiyyəti bunu təkzib edib.

Gununsesi.info