Milli Məclisin YAP-dan olan deputatı Kamal Cəfərov yüksək vəzifəyə təyinat alacaq.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən daxil olan xəbərdə deyilir. Məlumata görə, Kamal Cəfərov Prezident Administrasiyasında şöbə müdiri təyin olunacaq.
Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində Beynəlxalq vergi hüququ üzrə magistr pilləsinə yiyələnib.
Deputatlıq fəaliyyətinə qədər Kamal Cəfərov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb.
Elmar
Gununsesi.info