YAP-çı deputatdan səmimi etiraf

  • By admin
  • 02 İyun 2016 16:13

elman

“Nə qədər ki, Serkj Sərkisyan Ermənistanda hakimiyyətdədir, Qarabağ münaqişəsinin həlli istiqamətində onunla aparılan danışıqlarda hər hansı irəliləyişin olacağına inanmıram”. Bu fikri Gununsesi.info-ya millət vəkili Elman Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında nəzərdə tutulan görüşü barədə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, S. Sərkisyanda gnə iyunda, nə də ondan sonra keçiriləcək görüşlərdən konstruktiv mövqe gözləməyə, nə də danışıqlarda hər hansı irəliləyişin olacağını ümid bəsləməyə dəyməz. “Çünki bu cinayətkar komanda Azərbaycan torpaqlarını işğal edərək siyasi hakimiyyətə gəlib. Azərbaycan torpaqların işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması S. Sərkisyan və onun komandasının siyasi hakimiyyətinin sonu deməkdir. Ona görə onlar “suda batab saman çöpündən tutar” prinsipinə əl ataraq bütün vasitələrdən istifadə edib, mövcud vəziyyəti saxlamağa çalışırlar. Və çox təəssüf edirəm ki, bu cinayətkar və işğalçı qrupun tərəfini bizim münaqişənin həllinə üçid bəslədiyimiz ATƏT-in Minsk Qrupunun həmsədrləri himayə edir.Bu həmsədr dövlətlərin fəaliyyətibir növ onlara ümid verir və arxayınçılıq yaradır ki, həmsədr ölklər onları müdafiə edirlər. Əgər müdafiə etmirlərsə, niyə bu 25 ildə bir dəfə Ermənistana qarşı sanksiya tətbiq olunmur. Təsir etmirlər. Necə olur, Rusiya Ukrayna arasında olan məsələlərə görə bütün dünya Rusiyaya qarşı snaksiya tətəbiq edir, onun hərəkətini qınayır. Ancaq işğalçı siyasətinə görə Ermənsitana belə mövqe sərgilənmir və ona sanksiya tətbiq olunmur. Bütün bunlar bizə deməyə əsas verir ki, ATƏT MQ-nin həmsədr ölkələri Ermənsitanı müdafiə edir. Bax problemin də digər ağrıdıcı tərəfi budur”