YAP-da jurnalistlərlə görüş keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov çıxış edərək jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

HTML tutorial

Azərbaycanda hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən Tahir Budaqov bu faktı cəmiyyətin mediaya verdiyi önəmin ifadəsi kimi dəyərləndirib.

Qeyd edək ki, tədbirdə bir çox KİV orqanları, eləcə də Modern İnformasiya Agentliyi  mükafatlandırılıb.