YAP-da parlamentin buraxılması ilə bağlı brifinq keçirilir – Canlı yayım

  • By admin
  • 28 Noyabr 2019

Hazırda Yeni Azərbaycan Partiyasının inzibati binasında YAP-ın Siyasi Şurasının iclasından sonra mətbuat konfransı keçirilir.

Gununsesi.org xəbər verir ki, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, bu gün verilən qərar ölkənin inkişafına təkan verəcək: “Siyasi Şura Azərbaycan parlamentində islahatların davam etdirilməsi barədə qərar qəbul edib. Prezidentin islahatlarını insanlar dəstəkləyir və faydasını görürlər. 2019-cu il ərzində çox əhəmiyyətli islahatlar həyata keçirilib, bundan sonra da bu xətt davam etdiriləcək. Kadr islahatları Azərbaycan cəmiyyətində məmnunluqla qarşılanıb. Azərbaycanın icra və məhkəmə qollarında islahatlar bu günə kimi aparılıb. İslahatların sistemli olması üçün vacib cəhət odur ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etməlidir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının üzvlərinin əksəriyyətinin iradəsini ifadə edərək Prezident İlham Əliyevin islahatlarının qanunverici sahəyə də gətiriməsini münasib hesab ediblər. Bu məsələdə üzvlər yekdil qərar veriblər”.

Gununsesi.org