YAP-dan fərqli olaraq müxalifət “fil qulağında” yatıb -Hələlik Müsavat "Respublika" yaradıb

  • By admin
  • 29 İyul 2016 16:55

635325172278921255_kitab (1)

 

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumda aktiv təbliğat-təşviqat işlərinin aparılması ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) istər mərkəzi qərargahında, istərsə də, rayon təşkilatlarında təşviqat-təbliğat qrupları yaradılmaqdadır. Demək olar ki, YAP referenduma ciddi hazırlaşır və bununla bağlı ciddi işlər tədbirlər planı hazırlayıb. Artıq YAP-da seçicilərlə aktiv təbliğat-təşviqat kampaniyasının aparılması ilə bağlı təbliğat qrupları yaradılıb.

YAP Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, artıq bütün hazırlq işləri görülüb və görülməkdədir:

“Təbliğat kampaniyasına start verilən kimi YAP yerlərdə təşviqat kampaniyasına başlayacaq. YAP “qapı-qapı” prinsipindən tutumuş, kütləvi tədbirlərdək keçriməyi planlaşdırır”.

YAP-dan fərqli olaraq digər siyasi qüvvlərsə passivlik nümayiş etdirir. Bu dəfə də parakəndə və fərqli mövqedən çıxış etməkdədir. Müxalifətçilər öz işini ancaq sosial şəbəkələrdə mövqelərini paylaşmaqla  bitmiş hesab edirlər. Müxalifət partiyalarından hazırda yalnız Müsavat Partiyası referendumla bağlı “Respublika” təşviqat qrupu yaradıb. Müsavat Partiyası  bu qrup adı altında öz təşviqatnı aparacaq.

Müsavat Partiyasının  başqanı Arif Hacılı Gununsesi.info-ya açıqlamasında bildirib ki, partiya bundan əlavə olaraq bir sıra müxalifət partiyaları ilə bu sahədə əməkdaşlıq edə bilər və hazırda bu məsələ gündəmdədir.

AMİP sədrinin katibi Elşən Mustafayev Gununsesi.info-ya deyib ki, bu məsələ partiyada müzakirə edilməyib. “Referendumla bağlı məsələ və partiyanın mövqeyi, atacağı addımlar və digər məsələlər Siyasi Şuranın iclasında müzakirə ediləcək”-deyə E. Mustafayev vurğulayıb.

Milli Şura və AXCP-də də referendumla bağlı aksiyaların və digər addımların atılması məsləsi müzakirə olunmaqdadır.

KXCP də təmsil olunduğu Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi ilə birgə addımlar atmağı planlayır. Partiyadan bildirilib ki, hazırda bu istiqamətdə müzakirələr gedir.

Gununsesi.info