Yeni Azərbaycan Partiyasının sədri seçilən İlham Əliyev özünə müavinlər təyin edib.
Gununsesi.info bildirir ki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib.
Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sədri olan Tahir Budaqov hakim partiyaya faktiki rəhbərliyi həyata keçirəcək.
Bu günə kimi bu işi icra katibliyi edirdi.
Nizamnamə dəyişikliyi ilə İcra Katibliyi ləğv edildi.
Bu postda isə Əli Əhmədov təmsil olunurdu.
Gununsesi.info