YAP İdarə Heyətinin iclası bitdi, namizədlər irəli sürüldü — YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası bitib.

Gununsesi.info xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.

Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.