Azərbaycan prezidentini ad günü münasibəti ilə təbrik edənlər daha çox Yeni Azərbaycan Patiyasının (YAP) Nəsimi rayon təkilatının gəncləri olub.
Gununsesi.info xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin 55-ci yubiley doğum günü ilə bağlı “Twitter”də “trendmap” aksiyası təşkil olunub.
Belə ki, təşkil olunan aksiyada daha çox Azərbaycan gəncləri iştirak edib.
Onlar İlham Əliyevin 55 illik yubileyini təbrik edərək, ona uğurlar arzulamaqla yanaşı, ətrafında sıx birləşdiklərini bəyan ediblər.
Bu məqsədlə təşkil olunan “trendmap” aksiyasını 300 mindən artıq insan bəyənib.
Ümumilikdə isə aksiyada 11 milyon nəfər iştirak edib.
“Twitter” üzərindən keçirilən bu aksiyada rekordu YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin üzvləri vurub.
Gununsesi.info