Gələn ay keçiriləcək prezident seçkiləri ilə bağlı rəsmi təşviqat kampaniyasına start verilib.
Gununsesi.info-nun xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyası seçkiyə “QALİB XALQIN QALİB LİDERİ” şüarı ilə gedir.
Kampaniyanın ilk dəqiqəsində YAP-dan olan deputat Naqif Həmzəyev sosial şəbəkə hesabında İlham Əliyev haqqında bunları yazıb:
Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verir.
İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq.
ZƏFƏRLƏRƏ DAVAM!
Gununsesi.info