Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası parlament seçkiləri ilə bağlı siyahısını bu gün açıqlayacaq.
Gununsesi.org-un “Qafqazinfo”-ya istinadən məlumatına görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib.
YAP-ın yeni namizəd siyahısında vitse-spiker Bahar Muradova, Rövnəq Abdullayevin adları yoxdur.
Ancaq iqtidar partiyası bir xeyli şəxsi isə yenidən siyahısına daxil edib, onları yenə deputat görmək istəyir:
Vasif Talıbov, İsa Həbibbəyli, Ziyafət Əsgərov, Əli Hüseynli, Aydın Mirzəzadə, Səməd Seyidov, İqbal Məmmədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Naqif Həmzəyev, Oqtay Əsədov, Elçin Quliyev, Malik Həsənov, Cavanşir Paşazadə, Cavid Osmanov, Sahibə Qafarova, Nəsib Məhəməliyev, Nizami Cəfərov, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Elman Nəsirov, Rəşad Mahmudov, Tahir Rzayev, Kamilə Əliyeva, Tahir Mirkişili və Siyavuş Novruzov.
Qeyd edək ki, siyahı hələ tamamlanmayıb. Tam yekunlaşdıqdan sonra Gununsesi.org olaraq həmin namizədlərin siyahısını sizə təqdim edəcəyik.