YAP konfranssız qurultayı necə keçirir? - NİZAMNAMƏ POZUNTUSU

  • By admin
  • 02 Mart 2021 22:49

Xəbər verdiyimiz kimi, martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək.

Xatırladaq ki, Gununsesi.info-nun bu qurultayda hakim partiyanın sədr müavinlərindən tutmuş, İdarə Heyəti və Siyasi Şurasının əksər üzvlərinin kənarlaşdırılacağı barədə xəbəri YAP-ın bu toplantısına ictimai maraq yaradıb.

Ancaq qurultayla bağlı xəbərin tirajlanmasından sonra bəzi YAP-çılar redaksiyamızla əlaqə saxlayaraq, konfrans olmadan qurultayın keçirilməsinin qeyri-legitim olduğunu iddia edib.

İddiaya görə, bu günədək keçirilən hər biri qurultaydan öncə rayon-şəhər təşkilatlarının konfransı keçirilir və qurultay nümayəndələri seçilir.

Bu dəfə isə bu baş verməyib.

Məsələ ilə bağlı hakim partiyadan münasibət öyrənməyə çalışsaq da bəzi funksionerlər  bu barədə danışmaqdan imtina edib.

Ancaq adının çəkilməsini istəməyən YAP İdarə Heyətinin üzvlərindən biri saytımıza deyib ki, əvvəlki qurultay nümayəndələrinin mandatları ilə bu tədbir baş tutacaq.

 

Günay Təhməzova

Gununsesi.info