YAP ötən il üçün gəlirlərini açıqladı - 6.6 MİLYON MANAT ÜZÜVLÜK HAQQI YIĞILIB

  • By admin
  • 02 Fevral 2017 14:30

Yap logo (2)_0_700x390

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, İdarə heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

Qeyd olunub ki, 2016-cı ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 736 859 manat olub. Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 000 736 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 514 959 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına və referendum ilə əlaqədar partiya hesabından referendum fonduna köçürmələrə, 162 573 manatı ezamiyyə xərclərinə, 140 623 manatı invertarların alınmasına, 1 919 722 manatı tikinti və təmir işlərinə, 357 980 manatı kommunal və təsərrüfat xərclərinə, 210 755 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 425 manatı bank xidmətinə, 40 581 manatı dəftərxana xərclərinə, 41 645 manatı çap işlərinə, 133 109 manatı isə sair xərclərə sərf edilib.

Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 7 582 108 manat təşkil etmişdir. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 8 939 197 manat qalıb.

Gununsesi.info