Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə barəsində həbs qətimkan tədbiri seçilib.
O, hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır.
Gununsesi.info-ya daxil olan məlumata görə, Şamil Cəfərzadə Cinayət Məcəslləsinin 178.3.3-ci maddəsi (dələduzluq) ilə ittiham olunur. Onunla bağlı şikayət üzrə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb.
Zərəçəkmiş şəxs Mamedov Farxad Salam oğlu təqsirləndirilənin dayısıdr, o Rusiya vətəndaşıdır və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayır.
O, öz vəsaiti hesabına “Khazar Fish” MMC və “Onestyle” MMC təsis edib. Onun dəstəyi ilə Şamil Cəfərzadə hər iki hüququ şəxsin təsisçisi və direktoru olub. Şikayətçi bildirib ki, Ş. Cəfərzadə və atası Elçin İsmayılova 220 min ABŞ dolları verib.
Amma 2018-2019-cu illərdə Ş.Cəfərzadə həmin vəsait hesabına şirkət üçün alınan yük maşınlarını sataraq əldə olunan vəsaiti talayıb. O, Bakı şəhərində mənzillər və avtomobillər alıb.
Şikayətdə qeyd olunub ki, YAP sədri isə oğlu ilə şirkətə məxsus avtomobillərdə dəfələrlə xarici ölkələrdə olub.
230200028 Cinayət Məcəlləsinin 178.3.2 maddəsi Cəfərzadə Şamil Elçin oğlu
Zərərçəkmiş Memedov Farxad Salam oğlu Rusiya Federasiyanın Tallin şəhərində yaşayır. Təqsirləndirilən şəxs Cəfərzadə Şamil Elçin oğlu zərərçəkmiş şəxsin bacısı oğludur. Şamil Cəfərzadənin adına “Khazar Fish” MMC və “Onestyle” MMC təsis olunmuş, hər iki hüquqi şəxsin təsisçisi və direktoru Şamil olmuşdur.
Gununsesi.info-nu bilgiləndirən mənbə onu da bildrib ki, Elçin İsmayılov oğluna haqsız olaraq həbs olunması ilə bağlı Baş prokurora məktub yazıb.
O, Kamran Əliyevdən Şamil Cəfərzadənin istintaqının Bakı Şəhər Baş Polis idarəsindən alınaraq Respublika Prokurorluğuna verilməsini xahiş edib.
Mənbə bildirib ki, YAP sədrinə qarşı Goranboyda başqa ittihamlar da var.
Onlardan biri də şəhid ailələri ilə məsələdir.
Mənbə bildirib ki, yaxın günlərdə E.İsmayılovun məsələsinə hakim partiyanın nəzarət təftiş orqanında baxılması gözlənilir.
Elmar
Gununsesi.info