“Yamaha Music ” şirkətinin Rusiyadakı baş direktoru 55 yaşlı Jun Aoki Moskvada lüks oteldə ölü tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, əvvəllər Ukrayna oteli kimi tanınan, hazırda Moskvada “Radisson Collection Hotel” kimi fəaliyyət göstərən oteldə ölü tapılan Jun Aoki Rusiya prezidenti Vladimir Putinin ən yaxın çevrəsindən olub.
Hər kəs onun ölümünün necə baş verdiyini anlamağa çalışır. Onunla əlaqə saxlaya bilməyən dostları dərhal polisə müraciət ediblər.
Rusiya polisinin verdiyi məlumatda meyitin üzərində hər hansi bir xəsarət izinin tapılmadığı və ölümündə cinayət hadisəsinin olmadığı bildirilib.
Digər mənbələr isə Aokinin “qəfil infarkt” keçirə biləcəyini və bir neçə gündür ondan xəbər alınmadığını bildirib.
Qeyd edək ki, yaponiyalı iş adamı 1866-cı ildə əsası qoyulan Moskva Dövlət Çaykovski Konservatoriyasının qəyyumlar şurasının üzvü idi.
Şəbnəm
Gununsesi.info