Yaponiya əfsanəvi kəşfiyyatçının nəşi ilə bağlı açıqlama yayıb

  • By admin
  • 28 Yanvar 2022 16:44

Yaponiya hökuməti kəşfiyyatçı Rixard Zorgenin nəşinin qaytarılması ilə bağlı Rusiyadan heç bir təklif almayıb.

Gununsesi.info RİA Novosyi-yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyi açıqlama yayıb.

Səfirlik təklif olmadığı üçün kəşfiyyatçının nəşinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı şərh verə bilməyəcəklərini əlavə edib.

Xatırladaq ki, əslən Bakıdan olan Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge 1933-cü ildən Sovet kəşfiyyatının agenti kimi Yaponiyada çalışıb və 1941-ci ildə ifşa olunaraq həbs edilib.

O 1944-cü ildə edam olunub və Tama qəbirstanlığında dəfn edilib.

Rusiya XİN başçısı Sergey Lavrov Zorgenin nəşinin qaytarılması üçün Yaponiyaya müraciət olunacağını açıqlamışdı.

 

 

Gununsesi.info