Yaponiya Ağ Evin xahişini yerinə yetirmədi

  • By admin
  • 30 İyul 2022 13:09

Yaponiya Vaşinqtonun iradəsinin əksinə gedərək, Rusiyanın neft-qaz layihəsində payını saxladı.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiya Birləşmiş Ştatların Rusiya prezidenti Vladimir Putinin gündoğan ölkəyə “Saxalin-2” neft-qaz layihəsində operator statusu verilməsi barədə qərarından imtina etmək xahişini yerinə yetirməyib.

Bu barədə Yaponiyanın İqtisadiyyat, ticarət və sənaye naziri Koiti Xagiuda yerli NHK telekanalına açıqlamasında deyib:

“Biz Amerika tərəfini başa saldıq ki, bu məsələdə status-kvomuzu qoruyub saxlamaq niyyətindəyik. Düşünürəm ki, onlar bizim mövqeyimizi anlayışla qarşılayıblar”.

Gununsesi.info