Yaponiya hökuməti martın 9-da keçirdiyi uzaq məsafəli artilleriya təlimlərinə görə Şimali Koreyaya etirazını bildirib.
Gununsesiaz.info xəbər verir ki, bu barədə martın 10-da Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi bildirib. Nazir qeyd edib ki, etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə qarşı tərəfə çatdırılıb.
Yaponiyanın Müdafiə naziri Taro Kono bildirib ki, Şimali Koreya martın 9-da həm də yaxın məsafəli iki ballistik raketin sınağını keçirib.
Bu ərəfədə Koreya Mərkəzi Teleqraf Agentliyi martın 9-da Şimali Koreyanın Dövlət Şurası sədrinin uzaq məsafəli artilleriyanın təlimlərinə rəhbərlik etməsi barədə məlumat yayıb. Cənubi Koreya Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Şimali Koreya Hamqyon-Pukto əyalətində yerləşən Sondok şəhərindən Yapon dənizi istiqamətində üç yaxın məsafəli raket buraxıb. Əlli kilometr yüksəkliyə qalxan bu raketlərin 200 kilometr məsafəni qət etdiyi bildirilir.
Qeyd edək ki, bu, 2020-ci ildə Şimali Koreya tərəfindən keçirilən ikinci belə təlimdir.
Gununsesiaz.info