Yaponiya arxivində Azərbaycan Xalq Cümhuriyyətini tanıma sənədi tapıldı — FOTO

  • By admin
  • 15 May 2020 13:58

“İki həftədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümüdür. Paris Sülh konfransı Ali Şurasına daxil olan 5 dövlətdən (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya) de-fakto müstəqilliyimizi sonuncu Yaponiya imperatorluğu tanıyıb – 1920-ci il fevralın 7-də. Bu tarixi hadisənin 100 illiyi ərəfəsində Budapeştdəki Yaponiya səfiri xanım Kuni Sato-dan Yaponiya XİN-nin arxivində hökumətinin qərarı ilə bağlı hansı sənədlərin saxlanması ilə maraqlanmağı xahiş etdim”.

Bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib.

“Yaponlara xas məsuliyyət və dəqiqliklə hərəkət edən xanım Sato 20 gündən sonra mənə Yaponiya XİN arxivindən 1-ci və 2-ci səhifələrinin şəklini verdiyim 6 səhifəlik sənədin surətini gətirdi. Maraqlıdır ki, bu sənəd Azərbaycan Cümhuriyyəti sülh nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşinin zəngin Paris arxivində də yoxdur. Səfir xanım bildirdi ki, ölkəsinin XİN-i Bakıdakı Yaponiya səfiri vasitəsi ilə sənədin texniki baxımdan daha mükəmməl nüsxəsini Azərbaycan tarixi muzeyinə təqdim etməyə hazırdır. Gerçək tarix beləcə vərəq-vərəq toplanır…”, – Vilayət Quliyev deyib.

 

 

Gununsesi.org