Yaponiya Azərbaycana yeni səfir təyin etdi

  • By admin
  • 03 Fevral 2017 12:21

Azerbaijan_Japan_flags_Album_010512

Yaponiyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub.

Gununsesi.info Yaponiya KİV-inə istinadən xəbər verir ki, Yaponiya hökuməti ölkənin xaricindəki səfirləri vəzifəsinə bir sıra təyinatlar həyata keçirib.

Beləliklə, 60 yaşlı Teruyuki Katore Yaponiyanın Azərbaycandakı yeni səfiri təyin edilib. O, bundan əvvəl Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyində baş direktor vəzifəsində çalışıb.

T.Katore bu postda 2013-cü ildən Yaponiyanın Bakıdakı səfiri olan Tsuqui Takahaşini əvəz edəcək.

Gununsesi.info