Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı satıldı- 67 MİN DOLLARA

Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı satıldı

Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub.

Balıq auksionda 7,15 milyon yen – təqribən 67 min dollara satılıb.

Tunes martın 9-da Honsü adasından 555 km cənubda, Oqasavara adalarında ovlanıb. Balıqçılar tunesi sudan çıxartmağa təqribən 1 saat vaxt sərf ediblər.

Xatırladaq ki, ötən ilin mart ayında Katsuura limanından olan ovçular çəkisi 446 kq, uzunluğu 2,82 m olan tunes ovlamışdılar.

Gununsesi.info

COMMENTS