Yaponiya Baş nazirinə tüstü bombası atıldı - Video

Yaponiya Baş naziri Fumido Kisida Vakayama şəhərində çıxış etməyə başlayarkən ona naməlum şəxs tərəfindən tüstü bombası atılıb.

Gununsesi.info “Kyodo” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində heç kim zərər çəkməyib, Kisida isə insident yerini avtomobilində tərk edib.

Cinayətkar saxlanılıb. Onun hərəkətinin motivləri bəlli deyil.

Baş nazir daha sonra xalqın qarşısında çıxış edib.

 

Gununsesi.info