
“Tokio Rusiyadan olan təşkilat və şəxslərə, Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qazaxıstandan isə 11 şirkətə qarşı Rusiya Federasiyasına qarşı sanksiyalardan yayındığına görə sanksiyalar tətbiq edir”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.
Onun sözlərinə görə, Yaponiya hökuməti Rusiyadan olan təşkilatlara, fiziki şəxslərə qarşı aktivlərin dondurulması və ixracına qadağa qoyulması, eləcə də sanksiyaların qarşısının alınması ilə bağlı olduğuna görə, tədbirlərinin tətbiqini təsdiqləyib.
Hayaşi əlavə edib ki, bunlar Çin, Hindistan, Qazaxıstan, BƏƏ və Özbəkistanla əlaqələri olan 11 şirkətdir.
Bundan əvvəl Aİ-nin 14-cü sanksiyalar paketinin birbaşa istifadəsinə qadağa qoyulacağı məlum olub.
İyunun 20-də məlum olub ki, Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu paketə artıq qüvvədə olan məhdudiyyətlərin qarşısını almaq üçün tədbirlər daxildir.
Şəbnəm
Gununsesi.info