Yaponiya erkən seçkilərə gedir

Yaponiya erkən seçkilərə gedir

RTX3BFSQ-pic685-685x390-10320
Yaponiyanın Baş naziri Sindzo Abe oktyabrın 22-ni gözləmədən erkən seçkilər keçirmək niyyətindədir.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hökumət və ölkənin hakim partiyasından olan mənbələr məlumat veriblər.

Qeyd olunur ki, S. Abe bununla həm özünün, həm də rəhbərlik etdiyi Nazirlər Kabinetinin reytinqini ölkədə yüksəltməyə çalışır.

Mənbələrin sözlərinə görə, erkən seçkilərin keçirilməsinə dair qərar sentyabrın sonunda, yəni baş nazirin 18-22 sentyabr tarixlərində ABŞ-a səfərindən sonra verilə bilər.

 

Gununsesi.info

COMMENTS