
Yaponiya hökuməti HƏMAS-ın rəhbər üzvlərinə qarşı əlavə sanksiyalar paketini təsdiqləyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hökümət aktivləri dondurulacaq doqquz nəfəri və bir təşkilatı siyahıya əlavə edib.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, siyahıya xüsusilə Fələstin, Sudan, İordaniya və Misir vətəndaşları, həmçinin kriptovalyuta alqı-satqısı ilə məşğul olan 47 fiziki şəxs daxil edilib.
Ümumilikdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi çərçivəsində Yaponiya tərəfi müxtəlif terror təşkilatlarının, o cümlədən Taliban hərəkatının 517 üzvünə qarşı sanksiyalar tətbiq edib.
Yaponiya hökuməti münaqişənin bütün tərəflərini beynəlxalq hüquqa hörmət etməyə çağırır.
Qeyd edək ki, ötən həftə ABŞ HƏMAS hərəkatının üzvlərinə və İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı yeni sanksiyalar tətbiq edib.
Tərcümə
Şəbnəm
Gununsesi.info