Yaponiya koreyalı qadınlara 10 milyon dollar təzminat ödəyəcək

  • By admin
  • 26 Avqust 2016 17:46
koreya

Yaponiya hökuməti cinsi zoraklığa məruz qalan Cənubi Koreyalı qadınalara görə 10 milyon dollar təzminat ödəyəcək.

Gununsesi.info “Sputnik –Türkiyə”-yə istinadən xəbər verir ki, Yaponiya hökuməti İkinci Dünya müharibəsi zamanı Yapon əsgərlərinin Cənubi Koreyalı qadınlardan “seks köləsi” kimi istifadə etdiyinə görə, həmən qadınlara  9,9 milyon dollar təzminat ödəyəcək.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə,  Yapon hökumətinin köşürəcəyi bu pul  yaxın zamanda xüsusi fonda köçürüləcək: “Pul həmən fonddan  bu gün “seks köləsi” kimi istifadə edilən və hazırda yaşayan 46 qadının hərəsinə 90 min dollar ödəniləcək. Həyatını itirən 199 qadının ailələrinə isə 18 min dollar təzminat veriləcək”.

Uzun müddət idi ki, Tokio ilə Seul arasında cinsi zorakılığa məruz qalan koreyalı qadınlar məsələsi müzakirə olunurdu və 2015-ci ilin dekabrında bu məsələdə iki ölkə arasında razılığa gəlinib.

Gununsesi.info