Yaponiya Olimpiya oyunlarının ləğv olunacağını istisna etmir

  • By admin
  • 21 İyul 2021 12:16

Bu bəyanatın verildiyi gündə Olimpiadaya bağlı şəxslər arasında COVID-19-a daha 9 yoluxma qeydə alınıb

Tokio 2020 Olimpiadasının təşkilat komitəsindən bir rəsmi bildirdirib ki, əgər koronavirusa yoluxmalar kəskin artmaqda davam edərsə üç gündən sonra başlamalı olan Oyunların ləğv oluna biləcəyi istisna edilmir.

HTML tutorial

Komitənin rəsmilərindən Toşiro Muto iyulun 20-də deyib ki, təşkilatçılar pandemiya vəziyyətini diqqətlə müşahidə edirlər və əsaslı qərar qəbul etmək üçün başqa rəsmilərlə məsləhətləşirlər.

Bu bəyanatın verildiyi gündə Olimpiadaya bağlı şəxslər arasında COVID-19-a daha 9 yoluxma qeydə alınıb.

Beləliklə, iyuilun əvvələrindən bəri yoluxanların sayı 71-ə çatıb.

Cənab Muto deyib:

“Əgər yoluxmalar sıçrayışlı artarsa, biz müzakirələri davam etdirəcəyik”.

Xəbərdə bu da qeyd olunur ki, Toşiro Muto hakim partiyaya yaxın şəxs kimi tanındığından onun məlumatına diqqətlə yanaşılır.

Muto daha sonra deyib:

“Biz razılaşmışıq ki, koronavirus situasiyasından asılı olaraq beştərəfli danışıqları bərpa edək. Hazırkı məqamda yoluxmalar arta da bilər, azala da. Odur ki, biz zamanında lazımi qərarı qəbul edəcəyik”.

 

Tokioda Olimpiya Oyunlarına etiraz, arxiv fotosu

Peyvəndləmə geri qalır

Olimpiadaya bir həftədən də az qaldığı bir vaxtda təşkilatçıların epidemioloji vəziyyəti necə yola verəcəkləri narahatlıq doğurur.

Çünki ölkəyə minlərlə idmançının, rəsmilərin və başqa heyətlərin gəlişi gözlənilir.

Yaponiyada peyvəndləmə başqa inkişaf etmiş ölkələrlə müqayisədə xeyli geri qalır. Hazırda Tokioda koronavirusa yoluxmaların sıçrayışlı artımı başlanıb.

Yay olimpiadası pandemiyaya görə artıq ötən il bir dəfə təxirə salınıb. Bu il isə Olimpiya oyunlarını tamaşaçısız keçirmək qərara qalınıb.

Lakin bütün bu narahatlıqlara baxmayaraq Tokio 2020 təşkilat komitəsinin sözçüsü bildirib ki, təşkilatçılar bütün diqqətlərini uğurlu bir idman bayramının keçirilməsinə yönəldiblər.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, təbbirin təxirə salınması heç vaxt variantlardan biri olmayıb.

Gununsesi.info