Yaponiya parlamentinin aşağı palatası hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri Şiqeru İşibanı ölkənin yeni baş naziri seçib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Japan Times” (JP) məlumat yayıb.
Səsvermənin nəticələrinə görə, İşiba 461 səsdən 291 səs toplayıb.
Qeyd olunur ki, yaxın vaxtlarda yeni baş nazir öz nazirlər kabinetini təqdim etməlidir.
Günel