
Yaponiyanın Niiqata prefekturasındakı quşçuluq fermasında yüksək patogenli quş qripi epidemiyası qeydə alınıb və bu, yumurta qoyan toyuqların kütləvi ölümünə səbəb olub. Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ümumilikdə, prefekturanın fabriklərində 680 min quş saxlanılır, onların hamısı infeksiyaya görə məhv ola bilər.
Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.
“Əgər genetik testlər virusun yüksək patogen olduğunu təsdiqləsə, prefektura təxminən 680 min toyuq məhv edəcək… Bu, prefekturanın quşçuluq təsərrüfatlarında dördüncü quş qripi epidemiyasıdır”, – Asahi bildirib.
Son bir neçə ay ərzində Yaponiyada quş qripinə görə təxminən 1,54 milyon toyuq məhf edilib.
Tərcümə: Adil
Gununsesi.info