Yaponiya Rusiyanın valyuta ehtiyatlarını donduracaq

  • By admin
  • 28 Fevral 2022 21:40

Yaponiya Bankı Rusiyanın yenlə olan valyuta ehtiyatlarını donduracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Xəbərdə Yaponiya Bankının Rusiyaya qarşı sanksiyaları artırmaq üçün G7 ölkələri ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Həmçinin, Yaponiya Bankının ötən il Rusiya üçün təxminən 4-5 trilyon yen (34-43 milyard dollar) ehtiyatı olduğu qeyd edilib.

 

 

Gununsesi.info