Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi

Yaponiya raket buraxılışlarını artırdığı üçün Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno mətbuat konfransında jurnalistlərə bildirib.

HTML tutorial

Matsuno Şimali Koreyanın raket fəaliyyətinin regionda sabitlik və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. O bildirib ki, Yaponiya Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlığa davam edəcək.

Qeyd edək ki, Yaponiya Şimali Koreyaya qarşı ilk dəfə birtərəfli sanksiyaları 2006-cı ildə Pxenyanın nüvə sınağı keçirməsindən sonra tətbiq edib.

Mənbə: TASS

Gununsesi.info