Yaponiya şirkətləri elektromobil istehsalını sürətləndirir…

  • By admin
  • 31 İyul 2017 23:35

elektromobil

Yaponiyanın tanınmış avtomobil şirkətləri elektromobil istehsalını sürətləndirməyə çalışırlar.

Gununsesi.info-nun xəbərinə görə, NHK telekanalının yaydığı məlumatda bildirilir ki, “Toyota” şirkəti 2019-cu ildən başlayaraq Çində həmin tələblərə cavab verən elektromobillərin satışına başlayacaq. Qeyd edilir ki, bu şirkət indiyədək heç vaxt yalnız elektrik enerjisi ilə işləyən avtomobil satmayıb. O, daha çox hibrid maşınların istehsalı ilə məşğuldur.

“Nissan” şirkəti isə cari ilin sonlarında Yaponiya, ABŞ və Avropada elektromobillərin yeni modelinin satışına başlamağı planlaşdırır. Həmin elektromobil tam enerji ilə doldurulduqdan sonra digərlərinə nisbətən daha uzun məsafə qət edəcək.

Gununsesi.info