
Yaponiyanın xarici işlər naziri Yosimas Xayasi Rusiyanın ölkəsindəki səfiri Mixail Qaluzini nazirliyə çağırıb.
Gununsesi.info xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
“Biz regionda status-kvonun birtərəfli qaydada güc yolu ilə dəyişməsini qəbul edə bilmərik. Biz hadisəni kəskin şəkildə qınayırıq”, – deyə Y.Xayasi bildirib.
Nazir qeyd edib ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır: “Biz Rusiyanı təcavüzü dayandırmağa və Rusiyanın qoşunlarını ölkədən çıxarmağa çağırırıq” .
Gununsesi.info