Yaponiya Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

  • By admin
  • 24 Fevral 2022 17:20

Yaponiyanın xarici işlər naziri Yosimas Xayasi Rusiyanın ölkəsindəki səfiri Mixail Qaluzini nazirliyə çağırıb.

Gununsesi.info xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Biz regionda status-kvonun birtərəfli qaydada güc yolu ilə dəyişməsini qəbul edə bilmərik. Biz hadisəni kəskin şəkildə qınayırıq”, – deyə Y.Xayasi bildirib.

Nazir qeyd edib ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır: “Biz Rusiyanı təcavüzü dayandırmağa və Rusiyanın qoşunlarını ölkədən çıxarmağa çağırırıq” .

 

 

Gununsesi.info