Yaponiya və Ukrayna əməkdaşlıq etməyi planlaşdırır

Yaponiya və Ukrayna kəşfiyyat, eləcə də məxfi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, razılaşmalara əsasən, Yaponiya Ukraynanı qeyri-öldürücü avadanlıqlarla təmin etmək, hərbçiləri müalicə etmək və digər yardımlar göstərməkdə davam edəcək.

Tərəflər kibertəhlükəsizlik sahəsində də əməkdaşlıq etmək niyyətindədirlər.

“Tərəflər arasında mübadilə edilən məxfi məlumatların qarşılıqlı qorunması, habelə tərəflərin müvafiq idarələri arasında məlumat mübadiləsini genişləndirmək və asanlaşdırmaq məqsədi ilə Yaponiya və Ukrayna arasında informasiya təhlükəsizliyi haqqında saziş bağlamaq niyyətindədirlər”-deyə sənəddə bildirilir.

Qeyd edək ki, əvvəllər Ukrayna Roma Statutunu ratifikasiya etməyi və bununla da Yaponiya ilə qəbul edilmiş təhlükəsizlik sazişində Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımağa söz vermişdi.

 

 

Şəbnəm

Gununsesi.info