Yaponiya qapılarını bağlayır

  • By admin
  • 29 Noyabr 2021 21:34

Yaponiya “Omicron” ştamı səbəbilə sabahdan etibarən ölkə sərhədlərini bütün xarici ziyarətçilər üçün bağlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida açıqlama yayıb.

F.Kişida bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Omicron” adlandırdığı yeni mutasiya ilə bağlı tədbirlər maksimuma çatdırılacaq.

Baş nazir qərarın əks təcrübə tələb olunana qədər qüvvədə qalacağını deyib.

Ölkəyə giriş qadağasının ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşları əhatə etməyəcəyi qeyd olunub.

Gununsesi.info