Yaponiya yenidən Bakıdakı konsulluq şöbəsini bağlayır

Orta Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi martın 10-dan 13-dək müvəqqəti fəaliyyət göstərməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.

Bildirilir ki, martın 9-u Azərbaycanda qeyri-iş günü elan edildiyi üçün həmin gün səfirlikdə də qeyri-iş günü olacaq.

Qeyd edək ki, bununla da ABŞ-İsrailin İrana zərbələr endirməsindən sonra Yaponiya səfirliyi ölkəmizdə fəaliyyətini ikinci dəfə müvəqqəti dayandırır.

 

 

Gununsesi.info