Yaponiyada 5 bal gücündə zəlzələ oldu

  • By admin
  • 06 Mart 2022 09:35

Martın 6-da Yaponiyanın cənubunda yerləşən Amami adaları rayonunda 5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, Amami adaları rayonunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.

Gununsesi.info