Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

  • By admin
  • 20 Noyabr 2023 09:30

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Sakit okeanın Aomori adasının Haçinohe sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, yerli vaxtla saat 06.01-də 50 kilometr dərinlikdə baş verdiyi bildirilən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı edilməyib.

Zəlzələnin yaxınlıqdakı İvate və Hokkaydo bölgələrində də hiss olunduğu bildirilib.

Bildirilib ki, Aomori adasının Şimokita yarımadasında yerləşən Hiqaşidori Atom Elektrik Stansiyasında hər hansı anormallıq aşkar edilməyib.

“JR East Railways” yayılan məlumatda Tohoku yüksək sürətli qatar xidmətlərinin bölgədə davam etdiyi bildirilib.

Gununsesi.info