Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

  • By admin
  • 20 Avqust 2016 21:02

zelze

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Miyako şəhərindən 170 kilometr şərqdə, İvate prefekturasında qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Meteoroloqların sözlərinə görə, 6 ballıq zəlzələ güclü hesab edilir və dağıntılarla, tələfatlarla nəticələnir.

Məlumata görə, həmin ərazidə 7 saat əvvəl daha bir yeraltı təkan qeydə alınıb.

 

Gununsesi.info