Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

  • By admin
  • 26 İyul 2017 16:30

zalzala
Son günlər dünyada ardı-ardına güclü zəlzələlər baş verir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəqiqələrdə Yaponiyada güclü zəlzələ baş verib.

Belə ki, yeraltı təkanlar Okinava adasında qeydə alınıb. Zəlzələninin gücü 6,1 bal qiymətləndirilib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

ABŞ-ın Geologiya Xidmətinin verdiyi məlumata görə, yeraltı təkanların güclü olmasına baxmayaraq, sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Qeyd edək ki, dağıntılar, xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Anar
Gununsesi.info