Yaponiyada 70-ə yaxın insan xəsarət alıb - GÜCLÜ QAR SƏBƏBİNDƏN

  • By admin
  • 22 Yanvar 2018 20:08

Yaponiyada yağan güclü qar 10-larla insanın xəsarət almasına səbəb olub.

Gununsesi.info xəbər verir ki, ən azı 67 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölkənin əsas meteoroloji agentliyi pis hava şəraitinin sabah da davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Dünən axşamdan yağmağa başlayan qar Yaponiyada yerüstü və dəmir yolunun hərəkətini iflic edib. O cümlədən 337 daxili aviareys təxirə salınıb.

Gununsesi.info