Yaponiya Meteorologiya Agentliyi Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən bildirib ki, zəlzələnin ardından sunami xəbərdarlığı edilərkən, dalğanın böyüklüyünün bir metrə çata biləcəyi də açıqlanıb. Zəlzələdən sonra Kyushu adasında sürətli qatar səfərləri dayandırılıb. Sunami dalğalarının ilk olaraq Miyazaki əyalətinə çatdığı, eyni zamanda hündürlüyü 20 santimetr olan dalğaların müşahidə edildiyi bildirilib.
Yaponiyanın NHK WORLD- JAPAN (Nippon Hösö Kyökai) kanalında yer alan xəbərə görə, zəlzələdən sonra Yaponiyanın cənubundakı Kyushu, Shikoku, Kagoshima və Ehime bölgələrində sunami xəbərdarlığı edilib.
Zəlzələdən sonra hava limanının bağlandığı da bildirilib.
Zəlzələ Yaponiyanın Kagoshima əyalətindəki Sendai Atom Elektrik Stansiyasının işində heç bir fasilə yaratmayıb. Eelektrik stansiyasının fəaliyyətinin davam etdiyi bildirilib.